Asiya

Ərdoğan Liviyanın Baş nazirini qəbul etdi – Video

Sharing is caring!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhi qəbul edib.

“XəbərAl.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dbeybəhin rəsmi qarşılanma mərasimində tarixi 16 türk dövlətinin bayraqları və əsgərləri də yer alıb.

Mərasimdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, Milli müdafiə naziri hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mustafa Varank və digər nazirlər də iştirak ediblər.

Qarşılanma mərasimindən sonra Ərdoğanla Dbeybəhin təkbətək görüşü başlayıb.


XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir