Dünya

Türkiyədə daha bir nəfər dağıntılar altından sağ çıxarıldı – VİDEO

Sharing is caring!

Türkiyədə Adıyaman şəhərində daha bir nəfər dağıntılar altından sağ çıxarılıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

“Bu gün səhər saatlarında 3-cü Ordu Komandanlığımızın Mühəndis taborunun üzvləri Adıyamanda Soner Tuğtekin adlı vətəndaşımızı sağ-salamat xilas ediblər”, – deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, xilasedicilər bu gün səhər dağılmış binanın qalıqları altından yeniyetmə qızı da aşkar edərək həyatını xilas ediblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir