Cəmiyyət

Azərbaycan xilasedicisi: “Sona qədər Türkiyənin yanında olacaq, işlərimizi davam etdirəcəyik”

Sharing is caring!

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sona qədər Türkiyənin yanında olacaq, sona qədər də dağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində işlərimizi davam etdirəcəyik”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicisi Pərviz Salmanov deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə işləri davam edir. Burada qruplar şəkilində fəaliyyət göstəririk. Hazırda şəhər ərazisində yerləşən 7 mərtəbəli binanın dağıntıları altında bir nəfərin meyiti aşkarlanıb. FHN-in bir qrupu həmin şəxsin meyitini çıxarmaq üçün işlər aparır. Digər qrup isə həmin binanın dağıntıları altında sağ qaldığı ehtimal edilən şəxsin çıxarılması işlərini həyata keçirir”, – deyə FHN əməkdaşı vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir