Dünya

İsfahanda mollalar ermənilərin qəbirlərini ziyarət ediblər – FOTO

Sharing is caring!

İsfahanda mollalar ermənilərin qəbirlərini ziyarət ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, Yeni ilin başlanması münasibəti ilə isfahanlı ruhanilər, elmi-dini icmalar, xristian keşişlər, İsfahan və İranın cənubundakı erməni yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər.

Mərasimə qatılan müsəlman din xadimlərindən biri deyib:

“Bizə dini icmalar, kilsələr, erməni yeparxiyası, zərdüştilər və yəhudilər arasında davamlı əlaqə lazımdır”.

Qeyd edək ki, indiyədək Qarabağda, Xocalıda şəhid olan Azərbaycan müsəlmanlarına bir dəfə də olsun anım mərasimi keçirməyən İran mollaları nədənsə ermənilərə xoş gəlmək üçün dəridən-qabıqdan çıxırlar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir