Dünya

“Sputnik Litva”-nın baş redaktoru saxlanılıb

Sharing is caring!

“Sputnik Litva”-nın baş redaktoru saxlanılıb Marat Kasem Latviya Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Yanvarın 5-də məsələ ilə bağlı məhkəmə iclası keçirilib. Kasımın vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

Jurnalist artıq Riqa mərkəzi həbsxanasına köçürülüb.

Marat Kasemi müdafiə edəcək vəkil İmma Yansone hələ işin materiallarını almayıb. Qanuna görə, həbs-qətimkan tədbiri kimi məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün 10 gün vaxt var.

Kasemin işində söhbət iki maddədən gedir – Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması, həmçinin casusluq. İkinci maddəyə görə, jurnalisti 20 ilədək həbs cəzası gözləyir.

Marat Kasem Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada “Sputnik Litva”nın da daxil olduğu “Russia Today” media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib.

2019-cu ilin may ayında Kasem işgüzar səfərə gəldiyi Vilnüsdə saxlanılıb. Bir neçə saatlıq sorğu-sualdan sonra o, ölkədən qovulub, milli təhlükəsizliyə təhdid səbəbiylə beş il müddətinə Litvaya girişi qadağan olunub.

Mənbə: lv.sputniknews.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir