Dünya

Rusiyada mədən çökdü – VİDEO

Sharing is caring!

Rusiyanın Kemerovo vilayətində Şereqeşskaya filiz mədənində çökmə baş verib. Bununla əlaqədar müəssisədə yeraltı işlər dayandırılıb.

Bu barədə şəhər bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, çökmə zamanı növbə dəyişikliyi aparıldığı üçün mədəndə işçi olmayıb.

“Hazırda ventilyasiya rejiminə nəzarət etmək üçün mədəndə işlər dayandırılıb”, – deyə mətbuat xidmətindən bildirilib.

Mənbə: “Mash Siberia” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir