Dünya

Türkiyədə qorxunc bayram statistikası: 66 ölü, səkkiz mindən çox yaralı – VİDEO

Sharing is caring!




Ramazan bayramı ilə əlaqədar Türkiyədə elan edilən səkkiz günlük tətil zamanı baş verən 4 998 avtomobil qəzasında 66 nəfər həyatını itirib, 8 352 nəfər isə yaralanıb.

Bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O, qeyd edib ki, ümumilikdə 382 min 467 nəqliyyat vasitəsi texniki baxışdan keçirilib.

Nazir sürücü və sərnişinlərə xəbərdarlıq edib:

“Xahiş edirəm, sürəti çox artırmayaq. Həm nəqliyyat vasitələrində, həm də avtobuslarda təhlükəsizlik kəmərini taxmağı unutmayaq. Yol hərəkəti qaydalarına əməl edək”.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir