Mədəniyyət

“Bakı payızı 2023” – “Mənim Azərbaycanım” klipinin çəkilişi baş tutub – FOTO/VİDEO

Sharing is caring!


“Mənim Azərbaycanım” klipinin çəkilişləri keçirilib.

Oxu.Azın məlumatına görə klip çəkilişləri “Bakı payızı – 2023. 35 il sonra” layihənin finalçılarının iştirakı ilə baş tutub.

İştirakçılar kompozisiyanı bir neçə dəfə ifa ediblər. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, bədii rəhbər, bəstəkar Mikayıl Vəkilov və təşkilatçı-prodüser Səbinə Həsənova özünəməxsus şəkildə bayram əhvali-ruhiyyəsi yaradıblar.

Qonaqlar arasında məşhur estrada ifaçısı Abbas Əhməd də olub.

Qeyd edək ki, “Mənim Azərbaycanım” hiti bəstəkarlar Mikayıl Vəkilov və Firuz İsmayılovun, Malik Fərruxun sözlərinə, 35 il öncə “Bakı payızı” müsabiqəsi zamanı Heydər Əliyev Sarayının səhnəsində səslənib və bu il keçirilən müsabiqədə ikinci nəfəs verilib.

Xatırladaq ki, layihə “Best Cast Talent Agency & Golden Arts entertainment”, Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, “Nizami Boutique House”un baş sponsorluğu ilə həyata keçirilir.

Noyabrın 3-də saat 19:00-da Heydər Əliyev Sarayında “Bakı payızı – 2023. 35 il sonra” layihəsinin qala-konserti keçiriləcək.

Bilet almaq üçün: https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir