Dünya

Ermənistan XİN rəhbəri: “Türkiyə ilə dialoqda irəliləyiş var”

Sharing is caring!

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə dialoqda irəliləyiş görür.

O, parlamentdə çıxışında qeyd edib ki, artıq üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı xüsusi nümayəndələr arasında müəyyən razılaşmalar var:

“Ermənistan və Türkiyə mütəxəssislər səviyyəsində, eləcə də iki ölkənin xüsusi nümayəndələri səviyyəsində fəal müzakirələr aparırlar. Proses davam edir. Ümid edirəm ki, bu, yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaq”.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir