Müharibə

Qarabağın erməniəsilli sakini Azərbaycan polisinə təşəkkür edib – FOTO

Sharing is caring!


Qarabağın erməniəsilli sakini Bayram Aragelov Azərbaycan polisinə təşəkkür edib.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, ərazidə xidmət aparan polislər erməniəsilli sakin B.Aragelovun avtomobili ilə yolun kənarında dayandığını görüblər. Şuşa polisləri ona su və benzin veriblər.

Daha sonra erməniəsilli sakin hərəkətinə davam edib.

O, ərazidə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycan polisinə təşəkkür edib:

“Çox sağ olun! Birinci Qarabağ müharibəsində də iştirak etməmişəm. Mən mexanikəm. Sizə çox minnətdaram, çox”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir