Dünya

Bayden prezident vəzifəsinə “bu yay” gəldiyini açıqlayıb – VİDEO

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden nitq söyləyərkən növbəti dəfə kobud səhvə yol verib.

Hadisə Co Baydenin Floridada mitinqdə çıxışı zamanı baş verib.

“Yolda yanacaqdoldurma məntəqəsinin yanından keçirdim. Benzin 3,25 dollardır, halbuki mən bu yay vəzifəyə gələndə 5 dollar idi”, – deyə Bayden vurğulayıb.

Qeyd edək ki, Co Bayden 2021-ci ildən ABŞ prezidentidir.

Xatırladaq ki, Co Bayden oxşar səhvi bir neçə ay əvvəl də buraxmışdı. O, ABŞ-nin vitse-prezidenti Kamala Harrisi prezident adlandırmışdı.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir