Cəmiyyət

İnfeksionist canlı yayımda qriplə bağlı sualları cavablandıracaq – ANONS

Sharing is caring!

Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımda qrip müzakirə olunacaq.

Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovdur.

Yayım ərzində qrip ilə bağlı sizi maraqlandıran sualları həkimə ünvanlaya və öz şərhlərinizi qeyd edə bilərsiniz.

Canlı yayım bu gün, saat 15:00-da Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında (https://www.instagram.com/sehiyyegovaz/) baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir