Dünya

Dövlət Departamenti: “Diplomatiya işə yaramasa, ABŞ İrana qarşı hərbi variantı nəzərdən keçirəcək”

Sharing is caring!

Vaşinqton İranla nüvə sazişini bərpa etmək üçün aparılan danışıqlar nəticə verməsə, ona qarşı hərbi güc tətbiq etməyi nəzərdən keçirəcək.

Bunu bazar ertəsi ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli deyib.

“Başqa vasitələr, sanksiya təzyiqləri də var. Bəli, prezident Co Bayden bildirib ki, əgər bütün digər vasitələr uğursuz olarsa, o zaman İranın nüvə başlığına sahib olmasına imkan verməmək üçün son çarə olaraq açıq şəkildə hərbi variantı nəzərdən keçirəcək”, – ABŞ xarici siyasət rəsmisi Vaşinqtonda Karnegi Fondunda onlayn seminarda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, İranla bağlı diplomatiya üstünlük verilən yoldur. Lakin amerikalı diplomatın sözlərinə görə, iki aydır ki, İranla danışıqlarda heç bir irəliləyiş yoxdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir