Gündəm

Azərbaycan Ordusu bu gün rekord sayda ərazini işğaldan azad edib

Sharing is caring!

Azərbaycan Ordusu bu gün rekord sayda yaşayış məntəqəsi və ərazini işğaldan azad edib.

Xəbəral.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasına görə, Ordumuz bu gün 71 kənd, bir qəsəbə və səkkiz strateji yüksəkliyi azad etməyə müvəffəq olub.

Belə ki, ümumilikdə Füzulinin 17, Xocalının yeddi, Xocavəndin 13, Cəbrayılın 11, Qubadlının 15, Zəngilanın beş və Laçının üç kəndi işğaldan azad olunub.

Bundan başqa, Zəngilanın Bartaz qəsəbəsində Azərbaycan bayrağı ucaldılıb, Bartaz, Sığırt, Şükürataz və əlavə beş adsız strateji yüksəkliyə Azərbaycan Ordusu sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir