Dünya

Ukrayna kəşfiyyatı: “İran Rusiyaya gülləkeçirməz jiletlər və dəbilqələr verəcək”

Sharing is caring!

İran Rusiya ordusuna gülləkeçirməz jiletlər və dəbilqələr verəcək.

Bu vəsaitlər Rusiyanın səfərbər olunan hərbçiləri üçün nəzərdə tutulur.

Həmçinin Ukraynaya qarşı müharibədə “Arash-2” pilotsuz təyyarələri və ballistik raketlərdən istifadə etmək üçün məsləhətçilər göndərəcək.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Rusiya Federasiyasının səfərbər edilmiş silahlı qüvvələri İran istehsalı olan gülləkeçirməz jiletlər və dəbilqələrlə təmin olunmağa başlayıb. Həmçinin İrandan Rusiya Federasiyasına pilotsuz uçuş aparatlarından istifadə üzrə yeni məsləhətçi qrupları da gəlir”, – deyə kəşfiyyat xidməti bildirib.

Yeni səfərbər edilənləri öz istehsalı olan lazımi sursatla təmin edə bilmədiyi üçün Rusiya silahlı qüvvələri İran istehsalı olan texnikadan istifadə etməyə başlayır.

“Yaxın vaxtlarda 3000 ədəd zirehli qoruyucu – 1500 gülləkeçirməz jilet, həmçinin 1500 “Milad” (İran) istehsalı olan  dəbilqənin təhvil verilməsi planlaşdırılır. Hazırda İranın döyüş sursatları 3-cü motoatıcı diviziyanın (Belqorod vilayəti) logistika mərkəzinin 1061 saylı anbarındadır”, – deyə məlumatda qeyd edilir.

Eyni zamanda İran hakimiyyəti yeni tipli PUA – “Arash-2” və İranın “yer-yer” tipli raketlərinin döyüş istifadəsində Rusiya silahlı qüvvələrinə yardım etmək üçün yeni məsləhətçilər qrupunu göndərməyi planlaşdırır. 

Həmçinin bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun bir qrup məsləhətçisi “Shahed-136” və “Mohajer-6” PUA-larının döyüş istifadəsi və təkmilləşdirilməsinə kömək etmək üçün İrandan işğal olunmuş Cankoy şəhərinə yola düşüb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir