İdman

FIFA Fransa millisini dünya çempionatından kənarlaşdıra bilər

Sharing is caring!


Hücumçu Yanis İssufun Fransanın U-17 yığmasında iştirakı bu komandanın dünya çempionatındakı çıxışını təhlükə altına qoya bilər.

Belə ki, futbolçu əvvəllər dünya çempionatı üçün seçimlərin bir hissəsi olan Qərbi Afrika Futbol İttifaqı turnirində Nigerin gənclər komandasında çıxış edib.

FIFA qaydalarına görə eyni turnirdə iki fərqli komanda üçün oynamaq qadağandır. Rəqibləri etiraz edərsə, Fransa komandası diskvalifikasiya oluna bilər. Xüsusən də, Burkina-Faso millisi qrup mərhələsində Fransa ilə oynadığından FIFA-ya müraciət edə bilər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir