Cəmiyyət

Azərbaycanlı polis Ukraynada baş verənlərdən danışdı – VİDEO

Sharing is caring!

Ukraynanın Nikolayev şəhərində yaşayan və hüquq-mühafizə orqanlarında çalışan azərbaycanlı Turan Fikrətli bu ölkədə baş verən son hadisələrdən danışıb.

Onun sözlərinə, yaşadığı şəhərdə vəziyyət gərgindir. Son 5 həftədir ki, Nikolayev səhər saatlarında Rusiya ordusunun raket zərbələrinə məruz qalır.

Azərbaycanlı polis bildirib ki, 2 gündür Rusiya Silahlı Qüvvələri təzyiqi artırır. Buna səbəb də Ukrayna Ordusunun Xersondakı Antonovski körpüsünü vurmasıdır.

T. Fikrətli onu da qeyd edib ki, müharibə ilə əlaqədar Nikolayevi tərk edən azərbaycanlıların 20 faizi Ukraynaya qayıdıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir