Cəmiyyət

Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub – FOTO

Sharing is caring!


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılan sosial müəssisənin fəaliyyəti ilə tanış olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Burada nazir yetkinlik yaşına çatmayan uşaqları təkbaşına böyüdən çoxuşaqlı anaların məşğulluğunun təmin edilməsi məqsədilə yaradılmış şəraitə baxıb. Hazırda müəssisədə bu kateqoriyadan olan 16 nəfərin məşğulluğu təmin olunub, o cümlədən 10 nəfər özünüməşğulluq proqramı çərçivəsində dərzi fəaliyyəti göstərir.

Daha sonra özünüməşğulluq proqramı çərçivəsində Şamaxı şəhər sakinləri İradə İnsanova və Mahizər Xəlilova üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib.

İ.İnsanova kiçik dərzi sexi, M.Xəlilova isə qadın gözəllik salonu xidməti üzrə aktivlərlə təmin olunublar. Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə səy göstərdiklərini bildiriblər.

Onlar kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir