Dünya manset

“Saakaşvili gülünc vəziyyətdədir” – Burcanadze

Sharing is caring!

Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze əmindir ki, ölkəsinin keçmiş prezident Mixail Saakaşviliyə ehtiyacı yoxdur.

XəbərAl.az  xəbər verir ki, eks-spiker keçmiş prezidentin Gürcüstana qayıdacağı ilə bağlı tez-tez səsləndirdiyi fikirlərin gülüş doğurduğunu deyib.

“O, artıq gülünc vəziyyətə düşüb. Hər gün bu gün-sabah Gürcüstana qayıdacağı, ədaləti bərpa edəcəyi bəyanatını verir. Buna görə də, bu məsələyə ciddi yanaşmıram. Bunun Gürcüstanda lazım olmadığı mənə tamamilə aydındır. 2012-ci ildə gürcü xalqı açıq şəkildə Saakaşviliyə “yox” dedi”, – Burcanadze bildirib.

Bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tezliklə ölkəyə qayıdaraq, demokratik dövləti yenidən bərpa edəcəyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir