Dünya

Filippində 200-dən çox məktəbli kimyəvi maddədən zəhərləndi

Sharing is caring!


Maquindanao əyalətindəki Mirab ibtidai məktəbində 200-dən çox şagird kimyəvi maddədən zəhərlənib.

Zərərçəkənlər  9-12 yaşlı şagirdlər olublar. Onlar şiddətli başgicəllənmə, baş və qarın ağrılarından əziyyət çəkiblər.

Şagirdlərdən azı 81-i xəstəxanaya yerləşdirilib. Daha 130 məktəbli eyni simptomları göstərdiyi üçün müşahidə altına alınıb.

İlkin araşdırmaya görə, zəhərlənməyə səbəb məktəbin yaxınlığındakı əkin sahəsinə məhsul zərərvericiləri ilə mübarizə üçün nəzərdə tutulmuş insektisidlərin səpilməsi ola bilər. Qaydaya əsasən, bu maddələr təhsil müəssisəsindən ən azı 500 metr uzaqlıqda səpilməli idi.

Məktəbdə həftənin qalan hissəsi üçün dərslər dayandırılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir