Dünya

Çexiya Şengen vizası olan rusiyalıların ölkəyə girişini qadağan edəcək

Sharing is caring!

Çexiya oktyabrın 25-dən etibarən Şengen turist vizası olan rusiyalıların ölkəyə girişini qadağan edəcək.

Bu barədə oktyabrın 12-də Çexiya xarici işlər naziri Yan Lipavski məlumat verib.

“Qısamüddətli vizası olan rusiyalılar Çexiyaya buraxılmayacaq”, – deyə, o bəyan edib.

Bu barədə qərar Çexiya hökumətinin iclasında qəbul edilib. Həmçinin toplantıda Ukraynanın bərpası və qaçqınlara humanitar yardımın göstərilməsi müzakirə olunub.

Lipavski viza qadağasının təhsil müəssisələrində təqaüd alan belaruslu tələbələrə şamil edilməyəcəyini də açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl, Finlandiya, Litva, Estoniya, Latviya və Polşa da təhlükəsizlik məqsədilə Aİ-nin digər ölkələrində verilmiş Şengen vizasına malik  Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir