İdman

Basketbol üzrə Azərbaycan çempionatında növbəti mövsüm başladı – FOTO

Sharing is caring!

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına (ABL) start verilib.

Federasiyadan Oxu.Az-a verilən məlumata görə, mövsümün açılış oyunu “Sərhədçi PİK” və “NTD BK” komandaları arasında baş tutub.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçrilən görüşü Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov da izləyiblər.

Qarşılaşma “NTD BK” kollektiivnin 77-71 hesablı ilə qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk turun digər görüşləri oktyabrın 15-də olacaq. Bütün oyunlar “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir