Cəmiyyət

Qəhvəyi mərmər bağacığı ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilir – FOTO

Sharing is caring!

Qəhvəyi mərmər bağacığı ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a bildirilib ki, maarifləndirmə tədbirləri çərçivəsində agentliyin fitosanitar müfəttişləri tərəfindən Bakı şəhərində fəailiyyət göstərən müxtəlif növ pestisid və aqrokimyəvi maddələrin satışı mağazalarında, Nərimanov rayonunda yerləşən inşaat materiallarının (taxta) satışı yerlərində, Xəzər rayonu, Zirə qəsəbəsində fəaliyyət göstərən “Xəmsə” MMC və “Alza Holdinq” MMC-yə məxsus istixana tipli meyvə bağlarında keçirilmiş görüşlərdə zərərvericinin yayılma yolları, inkişafı, qidalanması, məskunlaşma yerləri, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilib. Zərərvericinin payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılmasına xüsusi diqqət yetirilməsi vurğulanıb. Həmçinin qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər paylanıb, müvafiq yerlərə yapışdırılıb.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın “1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir