Müsahibə

Azərbaycan güləşçisi: “Öz çəkimdə dünyanın ən güclüsü ola bilərəm”

“Dünya çempionatında 74 kiloqramda medal qazanmasam da, rəqiblərimi tanıdım və belə qənaətə gəldim ki, bu çəkidə ən güclü güləşçi ola bilərəm”. Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov federasiyanın rəsmi saytına açıqlamasında deyib. 2021-ci ildə gözləmədiyi halda Tokio Olimpiadasında iştirak edən idmançı bunun özü üçün sürpriz olduğunu bildirib: “Yarışa bir aydan az […]

Cəmiyyət

Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub? – FOTO

“Təklik mənim üçün deyil. Amma bu mənim alnıma yazılıb. Mən bunu yaşamalıyam” deyirdi hər zaman. Azərbaycan teatr və kino səhnəsində ana, qaynana obrazı elə bil onun əyninə biçilmişdi. Həyatın işinə bax ki, səhnədə ana obrazlarını ürəkdən, təbii, elə özü kimi canlandıran aktrisa həyatda heç vaxt ana ola bilməyib. Övladlığa uşaq götürmək istəsə də, həmin vaxt […]

Dünya

Ukrayna ordusunun baş komandanı istefaya göndərildi

Fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib. Bu barədə ölkənin müdafiə naziri Rustem Umerov məlumat verib. O, Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnının istefasını təsdiqləyib. Umerov qeyd edib ki, müharibə dəyişir və dəyişikliklər tələb edir. “2022, 2023 və 2024-cü illərin döyüşləri üç fərqli reallıqdır. 2024-cü il hazırlaşmalı olduğumuz […]

Cəmiyyət

Sumqayıtda kütləvi zəhərlənmə olub

Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub. “Report” xəbər verir ki, müəssisədə işləyən dörd qadının – Asudə Əşrəf qızı Behbudova, Nuranə Pərviz qızı Əliyeva, Gülpəri İbrahim qızı Mahmudova və Simnarə Ağabəy qızı Yarmədova dəm qazından zəhərləndikləri bildirilir. Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

İrakli Kobaxidze: “Biz Azərbaycan, Türkiyə və İrəvanla tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindəyik”

“Gürcüstan regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verib. Biz Azərbaycan, Türkiyə və İrəvanla strateji tərəfdaşlığımızı və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirmək niyyətindəyik”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidze parlamentdə çıxış edərkən söyləyib. O qeyd edib ki, hökumətin xarici siyasətinin əsas məqsədlərindən biri Gürcüstan-Rusiya münaqişəsinin həllidir. İrakli Kobaxidzenin parlamentə təqdim […]

Siyasət

İran səfiri: “Şimal-Cənub və Şərq-Qərb dəhlizləri bütün region üçün əhəmiyyətlidir”

“Şimal-Cənub və Şərq-Qərb dəhlizləri bütün region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir”. “Trend”in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 45-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib. Onun sözlərinə görə, İranın arzusu qonşu və qardaş Azərbaycan üçün sülh, əmin-amanlıq və sabitlikdən ibarətdir. Musəvi qeyd edib […]

Dünya

Futbolda YENİLİK: Matçlarda göy vərəqələr göstəriləcək

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) göy vərəqələrin göstərilməsini oyun qaydalarına daxil edilməsinə razılıq verib. Məlumata görə, oyunçuya göy vərəqə göstərildikdən sonra o, 10 dəqiqə meydandan qovulacaq. Bir matçda iki göy vərəqə isə meydandan kənarlaşdırılmağa bərabər olacaq – oyunçuya qırmızı vərəqə göstəriləcək. Bildirilir ki, yenilik qadın və gənclər futbolunda, eləcə də aşağı liqa yarışlarında sınaqdan keçiriləcək. […]

Siyasət

Valeriy Kolyux: “Qarabağın tezliklə bərpa edilməsini arzulayırıq”

“Hazırkı prezident seçkilərinin əsas xüsusiyyəti müstəqil Azərbaycanın bütün ərazisində, xüsusilə işğaldan azad olunmuş Qarabağda da keçirilməsi idi”. AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın səkkizində keçirdiyi mətbuat konfransında çıxış edən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, nümayəndə heyətinin rəhbəri Valeriy Kolyux deyib. O bildirib ki, seçkilərdə iştirak […]

Siyasət

Ukrayna Ali Radasının fraksiya rəhbəri: “Azərbaycanlılar bizim üçün qardaş xalqdır”

Ukrayna Ali Radasının Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamiya İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. O, “Report”a açıqlamasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi qələbə qazandığını vurğulayıb. “Cənab İlham Əliyevi şəxsən tanıyıram. Ukrayna xalqı adından təbriklərinə qoşuluram. Azərbaycanlılar bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır. Ona görə də mən səmimi qəlbdən ölkənizə […]