Siyasət

Ukrayna Ali Radasının fraksiya rəhbəri: “Azərbaycanlılar bizim üçün qardaş xalqdır”

Sharing is caring!


Ukrayna Ali Radasının Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamiya İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

O, “Report”a açıqlamasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi qələbə qazandığını vurğulayıb.

“Cənab İlham Əliyevi şəxsən tanıyıram. Ukrayna xalqı adından təbriklərinə qoşuluram. Azərbaycanlılar bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır. Ona görə də mən səmimi qəlbdən ölkənizə firavanlıq, Prezidentinizə cansağlığı arzulayıram”, – deyə o əlavə edib.

D.Araxamiya Azərbaycanın Ukraynaya ən tez yardım göndərən ölkələrdən biri olduğunu qeyd edib:

“Avropanın ən böyük su elektrik stansiyası partladıldı, bütün şəhərlər su altında qaldı. Mən ölkənizin rəhbərliyinə zəng etdim və 24 saat ərzində Azərbaycandan birinci təyyarə gəldi. Bu, bizim üçün çox vacib idi. Əlbəttə ki, yardımın həcmi daha böyük olan ölkələr var, ancaq biz Azərbaycanın həmişə göstərdiyi səmimiyyəti və mehribanlığı buradan başa düşməliyik. Ona görə də biz Azərbaycana vaxtında göstərdiyi köməyə görə minnətdarıq və həmişə minnətdar olacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir