Cəmiyyət

Tarixi mənbələr niyə orijinal dillərdən öyrənilmir? – VİDEO

Azərbaycan tarixinin qədim və orta dövrlərinin öyrənilməsində kifayət qədər çətinliklər mövcuddur. Əsas çətinlik mənbəşünaslıqla bağlı yaşanır. Elə buna görədir ki, Azərbaycan tarixi daha çox orijinal mənbələrdən deyil, rus, ingilisdilli mənbələrdən öyrənilib. Bəs niyə bu mənbələri orijinaldan oxuya bilən mütəxəssis sayı azdır? Daha ətraflı “ATV Xəbər”in süjetində: Xeberal.az

Dünya

Türkiyə Kuboku: “Beşiktaş” Mulekanın dublu ilə qalib gəldi – VİDEO

Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları baş tutub. “Beşiktaş” səfərdə “Antalyaspor”un qonağı olub. Kurort şəhərindəki “Corendon Airlines Park” stadionunda oynanılan qarşılaşmada ev sahibləri hesabı açsalar da, sonda məğlub olublar – 1:2. Oyunda qolları Byütiqi (30) və Muleka (71, 88 ) vurublar. Bu nəticə “qara qartallar”a turnirin 1/4 finalına yüksəlməyə imkan verib.   Xeberal.az

Dünya

Şimali Koreya Cənubi Koreya ilə iqtisadi əlaqələri kəsib

KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin plenar iclasında Cənubi Koreya ilə iqtisadi əməkdaşlıq haqqında qanunlar ləğv edilib. Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü bildirib ki, bu, yalnız Şimali Koreyanın daha da təcrid olunmasına gətirib çıxaracaq. O, belə bir addımın gözlənildiyini də əlavə edib. Məlumata əsasən, iki Koreya arasında ticarət 2015-ci ildə 2,7 milyard dollardan və ya […]

Kriminal

Türkiyədə mikroavtobusla yük maşını toqquşub: Ölən və yaralananlar var

İzmirin Torbalı rayonunda mebel fabrikində çalışan işçiləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Baş verən dəhşətli qəzada iki nəfər ölüb, 15 nəfər yaralanıb. Qəzadan sonra hər iki avtomobil idarəetmədən çıxaraq yol kənarındakı binanın divarına çırpılıb. Əraziyə polis və xilasetmə qrupları sövq edilib. Yaralılar xəstəxanaya yerləşdirliblər. Hadisənin səbəbləri araşdırılır. Mənbə: Haber Global Xeberal.az

Dünya

İstanbul hava limanı Avropada birinci oldu

“Eurocontrol” tərəfindən hazırlanan 29 yanvar – 4 fevral tarixli gündəlik uçuş hesabatına görə, İstanbul hava limanı gündə 1 309 uçuşla Avropadakı hava limanları arasında birinci olub. Şəhərin digər aeroportu Sabiha Gökçen isə gündə 614 uçuşla Avropanın ən işlək hava limanları reytinqində ilk 10-luqda yer alıb. Siyahıda ikinci yeri gündə orta hesabla 1 219 uçuşla Londonun Hitrou, […]

Dünya

Yüzlərlə işçi Paris Nəqliyyat İdarəsinin binasına basqın edib – VİDEO

Paris Avtonom Nəqliyyat İdarəsinin (RATP) əməkdaşları iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə şirkətin baş ofisinə basqın ediblər. Müvafiq görüntüləri “Revolution Permanente” siyasi birliyi dərc edib. Yayımlanan görüntülərdə assosiasiyanın təxminlərinə görə, 500 işçi iştirak edib. Onlar maaşlarının 300 avro artırılmasını tələb ediblər. Etirazçılar, həmçinin sərnişin axınının artması, texniki nasazlıqların çoxalması və “gedərək artan aqressiv […]

Dünya

Rusiyada qaz kəməri partlayıb: Alov yaxınlıqdakı qatara və binalara yayılıb – VİDEO

Rusiyanın Perm diyarında qaz kəmərində baş verən partlayışdan sonra yük qatarı alovlanıb. Qeyd olunub ki, fövqəladə hadisə Kueda kəndində baş verib. Alov qatarda olan üç çən, eləcə də yaxınlıqda yerləşən iki yaşayış binasına keçib. Hadisənin səbəbləri barədə məlumat yoxdur. İki zərərçəkən xəstəxanaya yerləşdirilib. Mənbə: lenta.ru Xeberal.az

Dünya

Gürcüstanda yeni hökumət təsdiqləndi

Gürcüstan parlamenti ölkənin baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib. Etimadın lehinə 84, əleyhinə 10 deputat səs verib. Kobaxidze müvafiq fərmanı Gürcüstan prezidenti Salome Zurabişvili imzaladıqdan sonra rəsmi fəaliyyətə başlayacaq. Baş nazirlə birgə onun kabinetinin tərkibi də müəyyənləşib. İliya Darçiaşivli Gürcüstanın xarici işlər naziri, Laşa Xutişvili maliyyə naziri, Rati Breqadze ədliyyə naziri, Vaxtanq […]

İdman

Azərbaycan millisinin məşqçisi: “Çətin qrupa düşdük”

“Düşünürəm ki, çətin qrupa düşdük”. “Report” xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətər Liqasındakı püşkatması barədə danışarkən deyib. Mütəxəssis səbətlərin ən güclü komandaları ilə üz-üzə gələcəyimizi söyləyib: “Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu […]

Dünya

İslandiyada vulkan püskürdü, fövqəladə vəziyyət elan olundu – VİDEO

İslandiyada paytaxt Reykyavikdən 50 kilometr aralıda vulkan püskürməsi başlayıb. Ölkənin meteoroloji xidmətinin məlumatına görə, seysmik aktivlik Silinqarfell dağının şimal-şərqində başlayıb. Təxminən 30 dəqiqə sonra vulkan püskürüb. Baş verənləri ölkə paytaxtından müşahidə etmək mümkündür. Hadisə ilə bağlı bölgədə fövqəladə vəziyyət elan olunub. Mənbə: TASS, tvzvezda.ru Xeberal.az