İdman

Azərbaycan millisinin məşqçisi: “Çətin qrupa düşdük”

Sharing is caring!


“Düşünürəm ki, çətin qrupa düşdük”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətər Liqasındakı püşkatması barədə danışarkən deyib.

Mütəxəssis səbətlərin ən güclü komandaları ilə üz-üzə gələcəyimizi söyləyib:

“Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm”.

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir