Dünya

Gürcüstanda yeni hökumət təsdiqləndi

Sharing is caring!


Gürcüstan parlamenti ölkənin baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib. Etimadın lehinə 84, əleyhinə 10 deputat səs verib.

Kobaxidze müvafiq fərmanı Gürcüstan prezidenti Salome Zurabişvili imzaladıqdan sonra rəsmi fəaliyyətə başlayacaq.

Baş nazirlə birgə onun kabinetinin tərkibi də müəyyənləşib. İliya Darçiaşivli Gürcüstanın xarici işlər naziri, Laşa Xutişvili maliyyə naziri, Rati Breqadze ədliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri postuna yiyələniblər.

Mənbə: Sputnik

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir