Siyasət

İran səfiri: “Şimal-Cənub və Şərq-Qərb dəhlizləri bütün region üçün əhəmiyyətlidir”

Sharing is caring!


“Şimal-Cənub və Şərq-Qərb dəhlizləri bütün region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir”.

“Trend”in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 45-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, İranın arzusu qonşu və qardaş Azərbaycan üçün sülh, əmin-amanlıq və sabitlikdən ibarətdir.

Musəvi qeyd edib ki, iki ölkə arasında güzəştli ticarət sazişinin imzalanması və yaxın gələcəkdə 16-cı İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının keçirilməsi iki ölkə arasında mövcud yüksək səviyyəli siyasi əlaqələr ilə paralel olaraq digər sahələr, o cümlədən iqtisadi və ticarət əlaqələridə inkişaf edəcəkdir.

Onun sözlərinə görə, buna sübut kimi onlarla siyasi, iqtisadi və hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, İran və Azərbaycanın müxtəlif yüksək dövlət orqanları arasında çoxsaylı onlayn görüşləri, Azərbaycanda çoxlu sayda ikitərəfli sazişlər və layihələri qeyd edilə bilər. Müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı və təhsil sahələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələri bütün region, xüsusilə də Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir