Cəmiyyət

AYNA: “Yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb” – FOTO

Sharing is caring!


Hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bildirilib ki, hazırda AYNA-nın monitorinq mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

“Monitorinq Mərkəzi təfərindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb, yarana biləcək problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal yerində həll edilir. Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir. Hərəkət iştirakçılarına ehtiyyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”, – məlumatda deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir