Dünya

Futbolda YENİLİK: Matçlarda göy vərəqələr göstəriləcək

Sharing is caring!


Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) göy vərəqələrin göstərilməsini oyun qaydalarına daxil edilməsinə razılıq verib.

Məlumata görə, oyunçuya göy vərəqə göstərildikdən sonra o, 10 dəqiqə meydandan qovulacaq. Bir matçda iki göy vərəqə isə meydandan kənarlaşdırılmağa bərabər olacaq – oyunçuya qırmızı vərəqə göstəriləcək.

Bildirilir ki, yenilik qadın və gənclər futbolunda, eləcə də aşağı liqa yarışlarında sınaqdan keçiriləcək.

Eyni zamanda, İngiltərə Futbol Assosiasiyası növbəti mövsümdə öz yarışlarında bu qaydanı tətbiq etməyə hazırdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir