Siyasət

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bununla bağlı President.az məlumat yayıb. Vladimir Putin İlham Əliyevə prezident seçkisində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib. Dövlət başçıları […]

Cəmiyyət

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü TUTULDU – FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “saxla” işarəsi verilən “KamAZ” markalı, 77-CF-094 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Mərhəmət Babayev polisin qanuni tələbinə tabe olmayaraq, hərəkətini davam etdirib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, görülən tədbirlər nəticəsində avtomobil saxlanılıb. Araşdırma zamanı məlum olub […]

Dünya

Gürcüstanda torpaq sürüşməsində həlak olanların hamısının meyiti tapıldı – FOTO

İmereti diyarının Nergeti kəndində torpaq sürüşməsi zamanı itkin düşənlərin hamısının meyitləri tapılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verib. Bildirilir ki, itkin düşmüş hesab olunan doqquzuncu şəxsin cəsədi bu səhər aşkar edilib. Xatırladaq ki, fevralın 7-də yağan güclü yağış nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində dörd ev tamamilə uçub. Təbii fəlakət zamanı […]

Cəmiyyət

Amonullo Xayrullo: “Bütün seçki məntəqələri avadanlıqla tam təmin olunmuşdu”

“İctimai təşkilatların, siyasi partiyaların seçki prosesində rolu danılmazdır”. Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvü, Tacikistandan olan deputat Amonullo Xayrullo Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib. O öncə təşəkkür edib: “Hər bir kəsə minnətdaram. Yaradılmış şəraitə görə şadıq. Bütün seçki məntəqələri avadanlıqla […]

Cəmiyyət

Astarada azyaşlı qızılcadan ölüb

Astara rayonunda altı yaşlı uşaq qızılcadan ölüb. “Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Maşxan kəndində baş verib. Belə ki, kənd sakini – 2018-ci il təvəllüdlü Y.Ə.-də dörd gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti […]

Cəmiyyət

Xaricdə təhsil alan daha 95 nəfərin diplomu tanınmayıb – FOTO

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan […]

Siyasət

Pedro De Morais Neto: “Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir”

Anqola parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, nümayəndə Pedro De Morais Neto bildirib ki, Azərbaycanda keçirilən prezident seçkisi səliqəli və şəffaf idi: “Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir. Bu o deməkdir ki, Azərbaycanda sosial və iqtisadi stabillik var”. O qeyd edib ki, […]

Cəmiyyət

Barışmaq istəməyən arvadını marketdə öldürübmüş…

Ötən ilin martında Gəncə şəhərinin Məhsəti qəsəbəsində arvadını qətlə yetirən 1983-cü il təvəllüdlü Ruslan Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Şirinov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şirinov 2014-cü ildə uzaq qohumu […]

Cəmiyyət

Jakip Asanov: “Seçicilərin hər biri gələcəyə olan ümidlə gəlmişdi”

“Hər kəs səs vermək üçün can atırdı”. Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib. O qeyd edib ki, missiya bir aydan çoxdur Azərbaycandadır: “Azərbaycanda olan seçkidə gizli səsvermə üçün bütün şərait […]