Cəmiyyət

Amonullo Xayrullo: “Bütün seçki məntəqələri avadanlıqla tam təmin olunmuşdu”

Sharing is caring!


“İctimai təşkilatların, siyasi partiyaların seçki prosesində rolu danılmazdır”.

Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvü, Tacikistandan olan deputat Amonullo Xayrullo Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O öncə təşəkkür edib:

“Hər bir kəsə minnətdaram. Yaradılmış şəraitə görə şadıq. Bütün seçki məntəqələri avadanlıqla tam təmin olunmuşdu. Seçki məntəqələrində tələb olunan stendlər, proqramlar tam səhih şəkildə hazırlanmışdı. Bu da Azərbaycan Respublikasında olan seçkinin şəffaflığını göstərdi. Belə ki, Mərkəzi Seçki Komissiyası təşkilatçılığı yüksək səviyyədə təmin etmişdi. Sonda Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Firavanlıq arzulayıram”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir