Dünya

Gürcüstanda torpaq sürüşməsində həlak olanların hamısının meyiti tapıldı – FOTO

Sharing is caring!


İmereti diyarının Nergeti kəndində torpaq sürüşməsi zamanı itkin düşənlərin hamısının meyitləri tapılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verib.

Bildirilir ki, itkin düşmüş hesab olunan doqquzuncu şəxsin cəsədi bu səhər aşkar edilib.

Xatırladaq ki, fevralın 7-də yağan güclü yağış nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində dörd ev tamamilə uçub. Təbii fəlakət zamanı evlərdə 10 nəfər olub. Onlardan yalnız birini xilas etmək mümkün olub.

Mənbə: “Sputnik” Gürcüstan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir