İdman

Avropa Liqası: Daha 10 komanda qrupa vəsiqə qazanıb

Sharing is caring!

UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

“Report” xəbər verir ki, qarşılaşmaların ardından qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komandanın adına aydınlıq gəlib.

Türkiyənin turnirdəki təmsilçilərindən “Fənərbağça” evdə Avstriyanın “Austriya” (Vyana) komandasını 4:1 hesab ilə məğlub edib. Səfərdəki ilk matçda da rəqibindən üstün olan İstanbul təmsilçisi qrup mərhələsinə adlayb. “Sivasspor” isə İsveçdə uduzduğu “Malmö” ilə evdə də bacarmayıb və turnirlə vidalaşıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı İsveçrə “Sürix”i Şotlandiyada “Harts”a minimal hesabla qalib gəlib. Macarıstan “Ferentsvaroş”u isə İrlandiyada “Şemrok Rovers”ə 0:1 hesabı ilə uduzub. Bu nəticələr İsveçrə və Macarıstan çempionlarını qrupa daşıyıb.

Həmçinin, Kiprin AEK (Larnaka) və “Omoniya”, Bolqarıstanın “Lüdoqorets”, Finlandiyanın HİK, Moldovanın “Şerif” və Yunanıstanın “Olimpiakos” komandaları da qrup mərhələsinə yüksəliblər.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 avqust

AEK (Larnaka, Kipr) – “Dnepr-1” (Ukrayna) – 3:0
Qollar:
Adam Dyurço, 21. Elder Lopeş, 45. Nikos Enqlezu, 78
İlk oyun – 2:1

“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) – 3:3 (ƏLAVƏ VAXTDA – 0:1)
Qollar:
Fabyen Ureqa, 1. Oliver Buff, 16. Renan Oliveyra, 63 – Matias Tissera, 8; 57. Olivye Verdon, 120 (penalti)
İlk oyun – 0:1.

“Silkeborq” (Danimarka) – HİK (Finlandiya) – 1:1
Qollar:
Coel Feliks, 75 – Malik Abubakari, 40
İlk oyun – 0:1.

“Fənərbağça” (Türkiyə) – “Austriya” (Vyana, Avstriya) – 4:1
Qollar:
İsmail Yükek, 12. İrfan Can Kahveci, 44; 70. Mert Hakan Yandaş, 79 – Marvin Martins, 45+1
İlk oyun – 2:0

“Omoniya” (Kipr) – “Gent” (Belçika) – 2:0
Qollar:
Andronikos Kakulis, 18. Haralambos Haralambus, 36
İlk oyun – 2:0

“Şerif” (Moldova) – “Pünik” (Ermənistan) – 0:0 (PENALTİLƏRLƏ – 3:2)
İlk oyun – 0:0

“Sivasspor” (Türkiyə) – “Malmö” (İsveç) – 0:2
Qollar:
Velko Birmançeviç, 76. İsaak Kise Telin, 90
İlk oyun – 1:3

“Harts” (Şotlandiya) – “Sürix” (İsveçrə) – 0:1
Qol:
Fabian Roner, 80
İlk oyun – 1:2

“Olimpiakos” (Yunanıstan) – “Apollon” (Kipr) – 1:1 (PENALTİLƏRLƏ – 3:1)
Qollar:
Giorqos Masuras, 2 – Yoannis Pittas, 90
İlk oyun – 1:1

“Şemrok Rovers” (İrlandiya) – “Ferentsvaroş” – 1:0
Qol:
Endryü Layons, 89
İlk oyun – 0:4.

Qeyd edək ki, daha əvvəl 22 komanda qrup mərhələsində iştirakı təmin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir