Siyasət

Pedro De Morais Neto: “Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir”

Sharing is caring!


Anqola parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair brifinq keçirib.

Oxu.Az-ın məlumatına görə, nümayəndə Pedro De Morais Neto bildirib ki, Azərbaycanda keçirilən prezident seçkisi səliqəli və şəffaf idi:

“Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir. Bu o deməkdir ki, Azərbaycanda sosial və iqtisadi stabillik var”.

O qeyd edib ki, Bakıda və Sumqayıtda 15 seçki məntəqəsində olublar:

“Seçicilər üçün rahat şərait yaradılıb. Qadın seçicilər daha çox idilər. Biz heç bir qanun pozuntusu ilə rastlaşmadıq. Azərbaycandan yaxşı təəssüratla qayıdacağıq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir