Cəmiyyət

Xaricdə təhsil alan daha 95 nəfərin diplomu tanınmayıb – FOTO

Sharing is caring!


Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbi ilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 186, Rusiya Federasiyasından 171, Türkiyə Respublikasından 149, Gürcüstandan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliyadan 13, Macarıstandan 7, Polşadan 7, Amerika Birləşmiş Ştatlarından 4, İsveçdən 4, Qırğızıstan Respublikasından 4, Çin Xalq Respublikasından 3, Fransadan 3, Qazaxıstan Respublikasından 3, Belarus Respublikasından 2, Əlcəzairdən 2, Almaniyadan 1, Belçikadan 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanıstandan 1, Estoniyadan 1, İspaniyadan 1, Kiprdən 1, Litvadan 1, Malavidən 1, Pakistan İslam Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir