Cəmiyyət

Jakip Asanov: “Seçicilərin hər biri gələcəyə olan ümidlə gəlmişdi”

Sharing is caring!


“Hər kəs səs vermək üçün can atırdı”.

Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O qeyd edib ki, missiya bir aydan çoxdur Azərbaycandadır:

“Azərbaycanda olan seçkidə gizli səsvermə üçün bütün şərait var idi. Azərbaycan Respublikasının Seçki Məcəlləsi dünya standartlarına tam uyğundur. Müşahidəçilərimizlə səhər yola düşərkən bütün eyvanlarda üçrəngli bayraq gördük. Ölkədə bayram ab-havası var. 7 fevral prezident seçkisi tarixi əhəmiyyət kəsb edirdi. Azərbaycan ərazi bütövlüyünü tam təmin etmiş ölkə olaraq seçki keçirdi. Seçicilər arasında bir ağsaqqalın 91 yaşı var idi. Azərbaycanın gələcəyi üçün səs vermək üçün gəlmişdi. Müxtəlif yaş qrupunda olan insanlar seçkidə iştirak edirdilər. Hər biri gələcəyə olan ümidlə gəlmişdi”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir