Siyasət

Fransa-Korsika qarşıdurması kəskinləşir – ŞƏRH + FOTO

Korsika xalqı ilə Fransa arasında əsrlər boyu davam edən anlaşılmazlıq və gərginliklər mərkəzi hakimiyyəti narahat edən əsas məsələlərdən biri olub. Əksər hallarda, əvvəlki Fransa hökumətləri korsikalı həmkarları ilə ən həssas məsələlərdə kompromis tapmağı bacarırdılar. Lakin bu dəfə hər şey fərqlidir. Əsasən, ona görə ki, son günlər Korsika müxalifətinin fikrincə, adada fərqli düşünən insanlara qarşı repressiya […]

İdman

“Qəbələ” – “Qarabağ” matçındakı insidentə görə cəzalar bəlli olub

AFFA U-16 Liqasında keçirilmiş “Qəbələ” – “Qarabağ” matçında futbolçular arasında dava düşüb. Oxu.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində baş verib. Meydan sahiblərindən Rəvan Poladlı və Əfqan Əliyev, Ağdam klubundan isə Rəşid Tariverdiyev ilə Abdulaziz Cabbarlı 57-ci dəqiqədə rəqibi vurduqlarına görə qırmızı vərəqə ilə cəzalandırılıblar. Onların hər biri qarşıdakı dörd […]

Müharibə

Azad edilmiş ərazilərdə ötən ay zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq hesabat dərc olunub. Oxu.Az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, azad olunan ərazilərdə yanvar ayı ərzində 40 tank əleyhinə mina, 123 piyada əleyhinə mina, 203 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 734,7 hektar […]

Cəmiyyət

Aqil Abbas: “Televiziyalarda, elə bil, it boğuşdururlar”

“Məişət zorakılığının qarşısının alınması haqqında” əlli qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz”. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. Deputat bildirib ki, Avropadan, xaricdə fondlar kütləvi şəkildə pul buraxırlar ki, Azərbaycanda insanların əxlaqını pozsunlar: “Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala […]

Müsahibə

Leyla Begim: “Erməni lobbisi yalnız Avropa dairələrinin maraqlarına xidmət edib” – MÜSAHİBƏ

Avropa (Avropa İttifaqı, Avropa Şurası və bir sıra Avropa ölkələri) ilə Azərbaycan arasında böhran yaranıb ki, bu da artıq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin fəaliyyətinin dondurulması ilə özünü büruzə verib. Bəzi avropalı analitiklər bunun gözlənilməz olduğunu bildirirlər, çünki bir müddət əvvəl Azərbaycan bütün ərazisində öz suverenliyini bərpa edəndə Avropa strukturları sanki rahat […]

Cəmiyyət

Hacıqabul sakini itkin düşüb – FOTO

Hacıqabul sakini itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Aygül Əzizağa qızı Soltanova yanvarın 13-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. A.Soltanovanın əlamətləri belədir: boyu 155 sm, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli plaş, qara şalvar və […]

Kriminal

Rüşvətə görə tutulan şəxslərlə bağlı QƏRAR

Ali Məhkəmədə rüşvətalma və rüşvətə təhrik etmədə təqsirləndirilən Toğrul İskəndərov və Bağır Şirəliyevin barələrindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, dövlət kassasiya protesti qismən təmin edilib. Belə ki, Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 311.1 […]

Cəmiyyət

Bu ilin ilk ayında uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib. Ədliyyə Nazirliyindən Oxu.Az-a bildirilib, ötən ay oğlanlar arasında 57 uşağa Hüseyn, 47 uşağa Yusif, 44 uşağa Uğur, 39 uşağa Əli, 35 uşağa Raul, 31 uşağa Murad, 28 uşağa Ömər, 28 uşağa Məhəmməd, 25 uşağa Adəm, 23 uşağa Tuncay adı qoyulub. Qızlara gəlincə isə, […]

İdman

Musayevlə 87 oyun, 824 gün – TƏHLİL

“Sabah”ın baş məşqçi postundan istefa verən Murad Musayev Bakı klubunu 87 oyuna çıxarıb. İdman.biz xəbər verir ki, 2021-ci il oktyabrın 30-da paytaxt təmsilçisinin “sükanı arxası”na keçən rusiyalı mütəxəssis 824 gündən sonra vəzifəsini tərk edib. Onun debütü 2021-ci il noyabrın 6-da “Zirə” ilə evdəki çempionat oyununda gerçəkləşib. Həmin matç 3:3 hesabı ilə başa çatıb. Musayevin son […]

Cəmiyyət

Bakıda hərbçilər qəzaya düşdülər: Yaralılar var – VİDEO

Bakının Suraxanı rayonunda hərbçilərin olduğu minik avtomobili qəzaya uğrayıb. Bu barədə məlumat Baku.ws yayıb. Bildirilib ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Qəza zamanı maşın işıq dirəyinə çırpılıb. Nəticədə biri ağır olmaqla iki nəfər xəsarət alıb. Hadisə yerindən görüntüləri təqdim edirik:   Xeberal.az