Mədəniyyət

Şair-bəstəkar Xanım İsmayılqızı: “Musiqiyə verilən dəyər azalıb” – VİDEO

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı şair-bəstəkar Xanım İsmayılqızı olub. Müasir dövrdə kəmiyyətin keyfiyyəti üstələməsindən gileylənən bəstəkar söyləyib ki, musiqiyə verilən dəyər azalıb: “Bu gün bir müğənni toya getmək və yaxşı pul qazanmaq istəyirsə, daha çox alıcı olan istiqamətə gedir. Əlbəttə ki, sənət naminə sənət deyib çalışanlar da var. […]

Siyasət

Azərbaycan generalları Anıtqəbri ziyarət ediblər – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin generalları Türkiyə Respublikasının qurucusu, birinci prezidenti Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni ziyarət ediblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib. “Azərbaycan Silahlı Qüvvələrinin generalları Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olan Anıtqəbri ziyarət ediblər”, – hərbi qurumun paylaşımında qeyd olunub. Azerbaycan Silahlı Kuvvetlerinde görevli Generaller, Cumhuriyetimizin kurucusu Gazi […]

Cəmiyyət

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb – FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. İdarəetmədən çıxan “Niva” markalı avtomobil işiq dirəyinə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

Azərbaycan cüdo tarixində İLK

Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatında hakimlik edəcək. Oxu.Az-ın məlumatına görə, Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün seçilib. A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir. Qeyd edək ki, […]

Cəmiyyət

Afiyəddin Cəlilovun oğlu Baku TV-yə danışdı: “Oğluma görə hər kəsdən üzr istəyirəm” – VİDEO

Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin atası Nihat Cəlilov hər kəsdən üzr istəyib. O, son zamanlar övladının etdiyi əməllərin ailəsini sarsıtdığını söyləyib.  N.Cəlilov övladının hazırda tibb müəssisəsində müalicə olunduğunu bildirib.  O, oğlunun etdiklərinə görə Azərbaycan xalqından üzr istəyib. Qeyd edək ki,  “Jalilov” adı ilə “TikTok”da məşhurlaşmış şəxsin atası Nihat Cəlilov biznes fəaliyyəti ilə […]

Cəmiyyət

Etibar Abbasov: “Avtomobilin utilizasiyaya verilməsi üçün yalnız bir sənəd təqdim etmək lazımdır”

Avtomobili utilizasiyaya vermək  üçün yalnız bir xüsusi sənəd təqdim etməlisiniz.  Media.Az xəbər verir ki, bunu “Təmiz şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.  Onun sözlərinə görə, Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində tamamilə yararsız hala düşən minlərlə avtomobil cərimə meydançalarındadır. Başqasının avtomobilini etibarnamə vasitəsi ilə utilizasiyaya  təhvil verərək pul almağa cəhd edən fırıldaqçıların maxinasiyalarının qarşısını almaq […]

Cəmiyyət

Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan görüntüləri yayıldı – FOTO

Sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn Əli-Afiyəddinin xəstəxanadan fotosu yayılıb.  Lent.az-ın məlumatına görə, Əli-Afiyəddin anasının nəzarəti altında xəstəxanada müalicə alır.  Qeyd edək ki, Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn Əli-Afiyəddin valideyni ilə birgə polis idarəsinə dəvət olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə […]

Cəmiyyət

Cəlilabadda ev yanıb – FOTO

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzindən 24 km uzaqlıqda yerləşən dağ kəndində olub. Belə ki, yanğın Soyuqbulaq kəndində birmərtəbəli (4 otaqlı) ümumi sahəsi 96 kvadratmetr olan evdə baş verib. Evdə heç kəs olmadığından yanğından gec xəbər tutulub, yanğın şiddətlənib. Yanğın zamanı xəsarət alan olmayıb, yanğının digər tikililərə yayılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. […]

Dünya

Qəzza zolağında ölənlərin sayı 27 mini keçib

Qəzza zolağında eskalasiya başlayandan bəri 27 019 fələstinli həlak olub. Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Məlumatda, həmçinin 66 139 fələstinlinin yaralandığı qeyd olunur. Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı […]

Cəmiyyət

Hacıqabulda maşın dərəyə aşıb: Xəsarət alanlar var – FOTO

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sərt döngədə idarəetməni itirən minik maşını dəmir səddi qıraraq dərəyə aşıb.  Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sərnişinlərin yüngül xəsarət aldıqları bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az