Cəmiyyət

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb – FOTO

Sharing is caring!


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

İdarəetmədən çıxan “Niva” markalı avtomobil işiq dirəyinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir