İdman

Ukrayna yığmasının üzvü Azərbaycan klubunda oynayacaq

Sharing is caring!

“Zirə” qış fasiləsində ikinci transferini rəsmiləşdirir.

Sports.az xəbər verir ki, “Minay”dan tanıdığımız Eldar Quliyev Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilə müqavilə imzalamaq üçün artıq Bakıdadır. 

Ukrayna U-21 yığmasının yarımmüdafiəçisi Kiyev “Dinamo”su və “Arsenal”ı, Dnepropetrovsk “Dnepr”i, Donetsk “Şaxtyor”u kimi tanınmış klubların aşağı yaşlardan ibarət komandalarının şərəfini qoruyub. 

O, peşəkar karyerasına 18 yaşında “Mariupol”da başlayıb və 2020-ci ildə Ukrayna Premyer Liqasında debüt edib. 

Bir il sonra “Minay”a transfer olunan soydaşımız (Eldarın atası Şahbaz Quliyev əslən Füzuli rayonundandır) vaxtilə aşağı yaşlardan ibarət Azərbaycan millisinə də cəlb edilib. 

Maraqlıdır ki, ötən ilin iyununda Ukraynanın İrəvanda Ermənistanı 2:0 hesabı ilə məğlub etdiyi Avropa çempionatının seçmə mərhələsinin oyununda Eldar qarşılaşmanın əsl qəhrəmanı olub. O, əvvəlcə matçda ilk qolu vurub, daha sonra komandasının qələbəsini təmin edən ikinci qolun məhsuldar ötürməsini verib.

Qeyd edək ki, təxminən 1 il öncə “Sabah”ın Eldarla maraqlandığı barədə mediada xəbərlər yayılmışdı. 

Gənc futbolçuya bu klubda Ukrayna U-21-dəki komanda yoldaşı Oleq Kaşukla çiyin-çiyinə oynamaq nəsib olmasa da, indi “Minay”da bir yerdə çıxış etdiyi Rüstəm Əhmədzadə ilə yenidən eyni kollektivin uğuru üçün çalışacaq.

“Zirə” 20 yaşlı gənc və istedadlı futbolçu ilə bu gün 2.5 illik müqavilə bağlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir