Cəmiyyət

Aqil Abbas: “Televiziyalarda, elə bil, it boğuşdururlar”

Sharing is caring!


“Məişət zorakılığının qarşısının alınması haqqında” əlli qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Avropadan, xaricdə fondlar kütləvi şəkildə pul buraxırlar ki, Azərbaycanda insanların əxlaqını pozsunlar:

“Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda, elə bil, it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub, onun qardaşıyla qaçır. Bunlar istisna hallardır. Amma bu, təbliğatdır. Baxanlar deyirlər ki, mən niyə etməyim?! Bunun qarşısı alınmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir