İdman

Musayevlə 87 oyun, 824 gün – TƏHLİL

Sharing is caring!


“Sabah”ın baş məşqçi postundan istefa verən Murad Musayev Bakı klubunu 87 oyuna çıxarıb.

İdman.biz xəbər verir ki, 2021-ci il oktyabrın 30-da paytaxt təmsilçisinin “sükanı arxası”na keçən rusiyalı mütəxəssis 824 gündən sonra vəzifəsini tərk edib.

Onun debütü 2021-ci il noyabrın 6-da “Zirə” ilə evdəki çempionat oyununda gerçəkləşib. Həmin matç 3:3 hesabı ilə başa çatıb.

Musayevin son oyunu isə kubokun “Qarabağ”la yanvarın 30-dakı görüşü olub. “Sabah” evdə 1:7 hesabı ilə darmadağına üzülüb.

Bu müddətdə Musayevli “Sabah” 48 qələbə qazanıb, 16 heç-heçə edib və 23 dəfə uduzub. 157 qol vuran bakılılar 88 top buraxıblar.

Musayevin rəhbərliyi altında tarixində ilk dəfə Premyer Liqanın mükafatçısı olan “Sabah” 2022/23 mövsümündə gümüş medal əldə edib. Avrokuboklara məhz rusiyalının başçılığı altında vəsiqə qazanan və debüt edən klub ilk cəhddən Konfrans Liqasında bir mərhələ adlamağı bacarıb.

Musayev “Sabah”ı Premyer Liqada 75, ölkə kubokunda 8, Konfrans Liqasında 4 matça çıxarıb. Çempionatda 42 qələbəsi olan paytaxt təmsilçisi 15 sülhə imza atıb, 18 dəfə xalsız qalıb. Top fərqində ikiqat üstünlük var – 134-67. Kubokda üç qələbə, bir heç-heçə və dörd məğlubiyyət alan komanda 17 qol vurub, 18-ni buraxıb. Avrokuboklarda üç dəfə qalib gələn komanda bir dəfə uduzub. Konfrans Liqasındakı top fərqi 6-3-dür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir