Cəmiyyət

Bakıxanovda evdən pul və qızıl oğurlayan şəxs tutulub

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən 2100 manat pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ceyhun Əliyev müəyyən olunaraq saxlanılıb. Faktla […]

Siyasət

Türkiyə səfiri Azərbaycan Prezidentinə təşəkkür etdi – FOTO

“Azad Qarabağın hər bir guşəsində, hər küçəsində abadlıq və quruculuq işlərilə şəxsən maraqlanan Azərbaycan Prezidenti İlham Əliyev Qafqazın tacı, Qarabağın incisi və Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşada yenilənən Atatürk küçəsinin açılışını edib”. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sosial şəbəkə səhifəsində məlumat verib. Diplomat müvafiq fotoları paylaşaraq Azərbaycan dövlət başçısına təşəkkür edib. Özgür […]

Müharibə

“Euractiv” nəşri: “Tehran-Moskva-İrəvan oxu Qafqaz və Avropanın sabitliyi üçün riskdirmi?”

Cənubi Qafqaz əsrlər boyu iri regional güclərin təsiri altında olub. Hazırda bu regionda vəziyyət əvvəlkindən də qeyri-sabitdir, Ermənistan Rusiya və İranla təhlükəli şəkildə yaxınlaşır. Bəs bu, Avropa İttifaqı üçün risklidirmi? Siyasi elmlər üzrə fəlsəfə doktoru, Yaxın Şərq və beynəlxalq münasibətlər üzrə fransalı tədqiqatçı Sebastyan Busua “Euractiv” nəşrində Tehran-Moskva-İrəvan birliyinin Qafqaz və Avropanın sabitliyi üçün nə […]

Mədəniyyət

Ulu öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak ediblər. Çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ətraflı söhbət açıb, uzun illər ərzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi […]

Dünya

Ombudsman əsir götürülən Azərbaycan hərbçilərinin qanunsuz azadlıqdan məhrum edilmələrinə etiraz bildirdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinin qanunsuz olaraq azadlıqdan məhrum edilmələrinə etiraz edib. Bu barədə Ombudsman Aparatı məlumat yayıb. “2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Aqşin Qabil oğlu Bəbirov və […]

Cəmiyyət

Kişi ögey atasını ürəyindən bıçaqladı – VİDEO

Mayın 8-də saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi, 7B ünvanında qətl hadisəsi baş verib. Belə ki, həmin ünvanda yaşayan Elgün Nəbi oğlu Abbasov aralarında yaranmış mübahisə zamanı ögey atası Rahib Telman oğlu Mehdiyevə xəsarət yetirərək qəsdən öldürüb. Hadisə barədə danışan qonşunun sözlərinə görə, sözügedən şəxslər həmin ünvanda kirayədə qalıblar. Faktla bağlı Binəqədi Rayon […]

Dünya

Rusiyada meşə yanğınlarında 20-dən çox insan həlak olub

Rusiyanın Kurqan vilayətində baş verən yanğınlarda 21 nəfər həlak olub. Bu barədə regional tibb xidməti məlumat yayıb. Qurbanların sayının arta biləcəyi istisna olunmayıb. Bundan əvvəl Kurqan vilayətində baş verən yanğınlarda 19 nəfərin öldüyü, daha 13 nəfərin yaralandığı bildirilirdi. Xatırladaq ki, regionda baş verən yanğınlarla əlaqədar ərazidə mayın 7-dən fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hazırda Kurqan […]

Cəmiyyət

BMT-dən Azərbaycanla bağlı dəhşətli proqnoz – VİDEO

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər.  Azərbaycan ailələrində qədimdən oğlan uşaqlarına daha çox üstünlük verilib. Müasir dövrdə də bununla bağlı fikirlər bir o […]

Cəmiyyət

Azərbaycan qadınları dünya analarına müraciət ediblər – FOTO

Azərbaycan qadınları Beynəlxalq Analar Günü münasibətilə dünya analarına müraciət ünvanlayıb. “Report”un xəbərinə görə, müraciət “Sülhün Kökləri” beynəlxalq təşkilatının rəhbəri Heidi Kühnün Füzuli rayonuna səfəri zamanı, rayonun Aşağı Əbdürrəhmanlı kəndində sakinlərlə görüşü zamanı səsləndirilərək imzalanıb. Müraciətdə deyilir: “Əziz analar, bacılar! Hörmətli xanımlar! Biz sizə qocaman Qafqazın Qarabağ diyarından, yüz illər boyunca ən böyük arzusu sülh, dinclik, təhlükəsiz […]

Kriminal

Hacıqabulda polisin saxladığı avtomobildə narkotik və beşbarmaq aşkarlanıb

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (BDYPİ) tərəfindən mayın 8-də saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda KIA markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb. Bu barədə BDYPİ-dən məlumat verilib. Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri, əvvəllər məhkum olunmuş – Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər. Sürücü ilə fərdi […]