Dünya

Rusiyada meşə yanğınlarında 20-dən çox insan həlak olub

Sharing is caring!


Rusiyanın Kurqan vilayətində baş verən yanğınlarda 21 nəfər həlak olub.

Bu barədə regional tibb xidməti məlumat yayıb.

Qurbanların sayının arta biləcəyi istisna olunmayıb.

Bundan əvvəl Kurqan vilayətində baş verən yanğınlarda 19 nəfərin öldüyü, daha 13 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, regionda baş verən yanğınlarla əlaqədar ərazidə mayın 7-dən fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hazırda Kurqan vilayətində landşaft və meşə yanğınlarından yaşayış məntəqələri üçün təhlükə aradan qaldırılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir