Cəmiyyət

Kişi ögey atasını ürəyindən bıçaqladı – VİDEO

Sharing is caring!


Mayın 8-də saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi, 7B ünvanında qətl hadisəsi baş verib.

Belə ki, həmin ünvanda yaşayan Elgün Nəbi oğlu Abbasov aralarında yaranmış mübahisə zamanı ögey atası Rahib Telman oğlu Mehdiyevə xəsarət yetirərək qəsdən öldürüb. Hadisə barədə danışan qonşunun sözlərinə görə, sözügedən şəxslər həmin ünvanda kirayədə qalıblar.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Hazırda istintaq davam edir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir