Dünya

Berlində məktəbə hücum: İki uşaq yaralandı

Berlində məktəbin həyətində iki uşağı yaralayan şəxs saxlanılıb. Bu barədə çərşənbə günü Almaniya paytaxtının polisi məlumat yayıb. Hadisə Noyköln ərazisində baş verib. Məlumata görə, yeddi və səkkiz yaşlı iki məktəbli qız yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. “Onlar xəstəxanadadırlar”, – polisin açıqlamasında deyilir. İnsidentin təfərrüatları barədə məlumat verilmir. Hücumun motivləri məlum deyil. Mənbə: gazeta.ru Xeberal.az

Cəmiyyət

Naxçıvanda 17 yaşlı gənci maşın vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Babək rayon Qoşadizə kəndində qeydə alınıb. Avtomobil, yolu keçən 2006-cı il təvəllüdlü Qoşadizə kənd sakini Cəfərli Hüseyn Əli oğlunu vurub. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

PSJ-yə Mourinyo rəhbərlik edə bilər

Joze Mourinyo PSJ-yə rəhbərlik etməkdən çəkinmir. Məlumata görə, parislilər “Roma”nın baş məşqçisi ilə əlaqə saxlayır, onun soyunub-geyinmə otağına nəzarəti ələ keçirmə qabiliyyətini yüksək qiymətləndirirlər. İtaliya klubunun rəhbərliyi ilə PSJ-nin bossları portuqaliyalı mütəxəssislə bağlı hələlik danışmayıblar. Qeyd olunur ki, Fransa çempionu ilə işləmək perspektivi Mourinyonun özü üçün də şirnikləndirici görünür. Mənbə: sports.ru Xeberal.az

Dünya

Saakaşvili ölümdən döndü – FOTO

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili Tiflisdəki “Vivamed” tibb mərkəzində olarkən huşunu itirib. O, yerə yıxılarkən başı dəmir masaya dəyib. Bu barədə siyasətçi mayın 3-də özünün “Facebook” səhifəsində məlumat verib. Saakaşvili möcüzəvi şəkildə ölümdən döndüyünü qeyd edib. O, vaxtında köməyə görə həkimlərə təşəkkür edib. Eks-prezident bildirib ki, aprelin 29-dan bəri üçüncü dəfədir huşunu itirir. Onun […]

Cəmiyyət

Qubada canavarlar kəndə hücum etdilər – VİDEO

Qubada canavarlar kəndə hücum edib. Hadisə rayonun Aydınkənd kəndində qeydə alınıb. Canavarlar kənd sakini Vasif Tarverdiyeva məxsus 20 qoyuna hücum ediblər, onlardan 10-u tələf olub. Kənd sakini deyib ki, ona təxminən 4 000 manata qədər ziyan dəyib. Onun sözlərinə görə, heyvanlar məşğulluq xidməti tərəfindən vətəndaşa təqdim edilib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

“İnter”dən darmadağın, “Milan” məğlubiyyətdən qaça bildi – YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasında XXXIII turun daha bir neçə oyunu keçirilib. Oxu.Az xəbər verir ki, son çempion “Milan” öz meydanında autsayderlər sırasında qərarlaşan “Kremoneze” ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib – 1:1. 77-ci dəqiqədə David Okerekenin qolu ilə hesabda geri düşən“rossioneri” yalnız 90+3-cü dəqiqədə Junior Messiasın sayəsində bərabərliyi təmin edə bilib. “Milan” hazırda 6-cı pillədədir. Komandanın […]

Siyasət

İlham Əliyev: “Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var”

“Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatların enerji təchizatı marşrutlarının şaxələndirilməsində bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəklədiyini bildirən dövlətimizin […]

Mədəniyyət

Holanddan Premyer Liqada tarixi rekord, “Mançester Siti” və “Liverpul” qələbə qazandı – VİDEO

İngiltərə Premyer Liqasında XXVIII turdan təxirə salınmış oyunlar keçirilib. Oxu.Az xəbər verir ki, “Mançester Siti” öz meydanında “Vest Hem”i sınağa çəkib. Qarşılaşma “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.  Natan Akenin hesabı açdığı matçda Erlinq Holand ikinci topu vurub. Oyunda son nöqtəni isə Fil Foden qoyub. Mövsüm ərzində 35-ci dəfə fərqlənən Holand İngiltərə Premyer Liqasında bir mövsümdə […]

Siyasət

Prezident: “Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır”

“Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında bildirib. “Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir […]

MARAQLI

İtkin düşmüşdü, timsahın mədəsində tapıldı – FOTO

Dostları ilə balıq tutarkən yoxa çıxan kişi barədə qorxunc xəbər Avstraliyada gündəmə çevrilib. Belə ki, Kevin Darmodinin cəsədinin qalıqları timsahın mədəsində tapılıb. Məlumata görə, təcrübəli balıqçı Şimali Kvinslenddə timsahların sıx məskunlaşdığı ərazidə itkin düşüb. Hamin ərəfədə onunla birlikdə ərazidə olan dostu hadisə vaxtı qışqırıq və suyadüşmə səsi eşitdiyini bildirib: “Qaça-qaça gəldim, amma ondan əsər-əlamət yox idi. […]