Mədəniyyət

Holanddan Premyer Liqada tarixi rekord, “Mançester Siti” və “Liverpul” qələbə qazandı – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında XXVIII turdan təxirə salınmış oyunlar keçirilib.

Oxu.Az xəbər verir ki, “Mançester Siti” öz meydanında “Vest Hem”i sınağa çəkib.

Qarşılaşma “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Natan Akenin hesabı açdığı matçda Erlinq Holand ikinci topu vurub. Oyunda son nöqtəni isə Fil Foden qoyub.

Mövsüm ərzində 35-ci dəfə fərqlənən Holand İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu adını qazanıb. O, 34 dəfə fərqlənənlər – Endi Koul və Alan Şireri geridə qoyub.

Pep Qvardiolanın komandası qələbə sayəsində liderliyi geri qaytarıb. “Mançester Siti”nin 33 matçdan sonra 78 xalı var. İkinci pillədəki “Arsenal” bir xal geridədir və bir oyun artıq keçirib.

Günün digər matçında “Liverpul” “Fulhem”dən üstün olub – 1:0. Yeganə qolu 39-cu dəqiqədə penaltidən Məhəmməd Salah vurub.

“Liverpul” 59 xalla 5-cidir. “Fulhem” isə 45 xalla 10-cu pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir