Cəmiyyət

Avtovağzallarda sıxlıq yaşanır – VİDEO

Sharing is caring!


Ramazan bayramı ilə əlaqədar rayonlara gedənlərin geri qayıtması avtovağzallarda sıxlığa səbəb olub.

Xezerxeber.az xəbər verir ki, Şəki avtovağzalında son iki gündə sərnişinlərin sayında intensivlik hiss edilir.

Xüsusilə Bakı, Gəncə istiqamətində bilet alanlar üstünlük təşkil edib. Artan tələbatı ödəmək üçün xəttə əlavə avtobuslar buraxılıb.

Lənkəran avtovağzalı da 2 gündür ki, gücləndirilmiş iş rejimində çalışır. Səhər saatlarında qismən də olsa sıxlıq müşahidə olunub.

Qiymətlərə gəlincə, avtovağzal rəsmisi süni qiymət artımına ciddi nəzarət edildiyini, gediş haqqının Tarif Şurasının müəyyən etdiyi qaydada həyata keçirildiyini bildirib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir